Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı

gpMJ6zuk7zXJ1ePq6RPZ2260H1nxs41DM9I0gwEs_1200

Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.

Olkemedia.az  xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.

Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər:

“Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi”.