Dəm qazından zəhərlənən altı uşağın atası: “Huşsuz vəziyyətdə yıxıldılar”

Aprelin 1-də Sumqayıtda hamamda dəm qazından zəhərlənən bir ailənin altı üzvü yenidən xəstəxanaya hospitalizasiya olunub.
Bunu ailə başçısı Kamil Cəbrayılov bildirib.
O qeyd edib ki, aprelin 2-də ilkin tibbi yardım göstəriləndən sonra uşaqlar evə buraxılsa da, vəziyyətləri yenidən pisləşib:
“Dünən uşaqları normal vəziyyətdə evə apardıq. Axşam saatlarında uşaqların bəzilərində ürəkbulanma oldu. Bu gün günorta saatlarında isə vəziyyətləri qəfil pisləşdi, uşaqlar huşsuz vəziyyətdə yıxıldılar. Dərhal təcili tibbi yardımla xəstəxanaya gətirdik. Hazırda uşaqlara tibbi yardımlar edilir”.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsindəki fərdi yaşayış evinin hamamında bir ailənin altı azyaşlı övladı dəm qazından zəhərlənib.