Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum olub.
Olkemedia.az xəbər verir ki, bununla bağlı REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin təqdimatında “Mir Şahinin vaxtı” verilişində “Milli namus məsələsi” sənədli filmi təqdim olunub.
Sənədli filmdə xaricdə gizlənib bloqer adı altında fəaliyyət göstərən şəxslərin Alyona Əliyeva kimi qələmə verməyə cəhd etdikləri qadının əsl şəxsiyyəti barədə detallı istinadlar göstərilib.