“Turan Tovuz”un qapıçısı Tacikistan millisinə dəvət alıb

XJ5jsAf401FDqCNWv80EW3gTiofeNFz00zxfp3c3_1200

“Turan Tovuz” Futbol Klubunun qapıçısı Tacikistan millisinə dəvət alıb.

Olkemedia  xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün yığma komandanın heyətini açıqlayıb:

“Martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına qapıçımız Oleq Baklov da dəvət alıb”.

Qeyd edək ki, 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin “A” qrupunda Tacikistan və Filippin yığmaları arasında altıncı turun oyunu martın 31-də baş tutacaq.