Biləsuvarda məktəb problemi: Şagirdlər təhsil üçün yeddi kilometr yol gedəcəklər?
Biləsuvarın Günəşli kəndində məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər yerli əhalinin narahatlığına səbəb olub. 4 minə yaxın insanın yaşadığı kəndin yeganə təhsil ocağı olan 9 illik məktəbdə hazırda 210 şagird təhsil alır.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildirirlər ki, məktəbin fəaliyyətinin dayandırılması və ya başqa məktəblə birləşdirilməsi çətinliklərin yaranmasına səbəb olacaq.