SEPAH yene zərbələr endirib

mdthBFThINeUqYVq8n7vOMJb2VTnjJ4964hQ4wUu_1200

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Həqiqi vəd – 4” əməliyyatının növbəti mərhələsi zamanı İsrailin paytaxtı Təl-Əvivə, eləcə də ABŞ-ın İraq və Küveytdəki bazalarına zərbələr endirdiyini bildirib.

OLKEMEDIA  xəbər verir ki, SEPAH-ın bəyanatını “Tasnim” agentliyi yayıb.

“Həqiqi vəd – 4” əməliyyatının 52-ci mərhələsi çərçivəsində Təl-Əvivin sənaye infrastrukturu obyektlərinə, həmçinin Ərbildəki “Hərir”, Küveytdə yerləşən “Əli əs-Salem” və “Arifcan” bazalarına zərbələr endirdik”, – deyə məlumatda bildirilir.

SEPAH ABŞ hərbi obyektlərindəki “sənaye zonalarını tamamilə məhv etdiyini” iddia etsə də, digər təfərrüatı açıqlamayıb.