Gəncədə 9-cu mərtəbədən yıxılan qızın durumu açıqlandı.

imZZ6NFhQNQ28ATSjjlkQdAUSUHFO14CyACW0JcE_1200

Ötən gün Gəncə şəhərindəki binanın 9-cu mərtəbəsindən yıxılan 13 yaşlı X.Fərəzəliyevanın səhhəti stabildir.

Olkemedia xəbər verir ki, bu barədə Teleqraf-a Mərkəzi Klinikadan bildiriblər.

“Xəstə əməliyyat edilib, ümumi vəziyyəti stabildir. Yaralının bədənində sınıqları çoxdur, bunlar sonrakı mərhələdə müalicə olunacaq. Qanaxma dayandırılıb, xəstənin huşu özündədir. Əsas problem qarın boşluğundadır. Beyni ciddi zədə almayıb”, – xəstəxanadan qeyd edilib.