Dini icmaların sayı AÇIQLANDI

gGi2uUyLdzsvmLNPQWrTYauNGsYNptDHsiU4HWZs_1200

Hazırda Azərbaycanda 994 dini icma dövlət qeydiyyatına alınıb və bunlardan 956-sı İslam dini təmayüllüdür.

Olkemedia  xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bildirilib ki, ölkə ərazisində 2 387 məscid (onlardan 219-u Naxçıvan Muxtar Respublikasında) və 769 ziyarətgah mövcuddur. Bundan əlavə, Azərbaycanda 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, bir Bəhai və bir Krişna ibadət yeri fəaliyyət göstərir.