Türk Hava Yolları İstanbul və İrəvan arasında uçuşlara başlayıb

U43va3MpdRJZ9qAYjks7FuGH63yci26rV4LLZO2K_1200

Türk Hava Yolları İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb.

Olkemedia  Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu istiqamət üzrə ilk reys İrəvandakı “Zvartnots” hava limanına eniş edib.

Məlumata görə, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar ilkin mərhələdə gündəlik həyata keçiriləcək. Mayın 14-dən etibarən uçuşların sayı həftədə 10 dəfə, iyunun 15-dən isə həftədə 14 dəfə olacaq.