İran Bəhreyndə yaşayış binasını vurdu

bLDH7zy49Af0Y1xSjG2BzpK1qskUa6WZgEPwVSpJ_1200

İranın Bəhreynin paytaxtı Manamada yaşayış binasına endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Olkemedia xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir:

“İlkin məlumatlara görə, Manamada yerləşən yaşayış binasına qarşı yönəlmiş açıq-aşkar İran aqressiyası nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb”.

Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi qeyd olunur.