FHN Yel çərşənbəsi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ – VİDEO
Bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Yel çərşənbəsini qeyd edir.
Olkemedia xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) müraciət yayıb.
“Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.