ABŞ-nin İrana qarşı əməliyyatlarda itirdiyi “MQ-9 Reaper” dronlarının sayı məlum oldu

hkek8L20fqEQBEJOs0AV9ZH9aJixU5xqV5e5SQVR_1200

ABŞ İrana qarşı hərbi əməliyyatın səkkiz günü ərzində 11 ədəd “MQ-9 Reaper” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) itirib.

Olkemedi xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ-nin iki rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, daha əvvəl amerikalı hərbçilər daha iki PUA itirib ki, bu da ümumi itkilərin sayını 11-ə çatdırıb.

Qeyd edək ki, “MQ-9 Reaper” ABŞ ordusu tərəfindən kəşfiyyat, müşahidə və dəqiq zərbələr endirmək üçün istifadə olunur. Ekspertlərin hesablamalarına görə, belə bir PUA-nın dəyəri təxminən 30 milyon dollar təşkil edir.