Göygöldə “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı sexində YOXLAMA

DgdbLSltIM8lQ3quaPb7aqFEVWERFzpalaH327kU_1200

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, istehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin sexdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir.

Müəssisəyə baxış zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsalata yönəldildiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq olunub, icrası məcburi göstərişlər verilib.