Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb

gRs0RAU9EnBn3cIMeT8OHRyu1E6l4T2rfeo6cLd3_1200

Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Hümmət Xəlil oğlu Abışova məxsus pendir sexində yoxlama keçirib.

Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.