Günay Ağamalı partiya sədri SEÇİLDİ
Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib.
Bu barədə Oxu.Az-a partiyanın sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı məlumat verib.
“Günay Ağamalı Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında yekdilliklə sədr seçilib”, – deyə F.Ağamalı əlavə edib.