Ağdaşda ötən il avtomobilin vurduğu piyada ÖLDÜ

MROwdmBFHs3Jh8oDn3OpQ1dcDdgyjCBmsQ7CDbS6_1200

Ağdaş rayonunda bir ay əvvəl avtomobillə vurulan piyada ölüb.

Oxu Azın məlumatına görə, hadisə ötən il dekabrın 29-da Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində baş verib. Tərlan Məmmədov idarə etdiyi VAZ-2115 markalı avtomobillə yolu keçən piyada, 1974-cü il təvəllüdlü Oktay Əsədovu vurub.

Xəstəxanaya yerləşdirilən O.Əsədov dünən orada vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.