“Azər-Türk Bank” ASC-də yeni TƏYİNAT
“Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü Günel Nəbiyeva Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Olkemedia xəbər verir ki, Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb.
O, ölkənin bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir. 2006-cı ildən etibarən “Unibank” Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub. 2022-25-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb və 2025-ci ilin dekabr ayından Bankın İdarə Heyətinin üzvüdür. Bundan əlavə, holdinqdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin müşahidə şuralarının üzvü təyin edilib.
Günel Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib.