Türkiyəli məşhur mütəxəssis Azərbaycan klubunu çalışdıra bilər

WG1XE37Mr3klGPAQriFIozlT7cXe7x62ZehuTsh7_1200

“Baş məşqçi olaraq deyə bilərəm ki, Azərbaycan futbolu son illərdə çox inkişaf edir”.

Olkemedia xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Demirel deyib.

O bildirib ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov ilə “Hatayspor”da birlikdə çalışıb, onunla hələ də əlaqələri var:

“Onun inkişafını izləyirəm. Şərtlər uyğun olarsa və komanda üçün doğru seçimdirsə, Azərbaycandan gələcək təklifləri müsbət qiymətləndirə bilərəm”.