2003-cü il təvəllüdlü oğlanın ölümünə səbəb olan sərxoş sürücüyə hökm oxundu

images

Şəki Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Valeh Xankişiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Olkemedia Pravda.az-a istinadən xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 1 avqust 2024-cü il tarixdə saat 01:41-də Ağdaş şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Valeh Xankişiyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Elton Müşviq oğlu aldığı Hüseynov xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra Valeh Xankişiyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İttihamda göstərilib ki, hadisə zamanı sürücü sərxoş vəziyyətində olub.