Bərdədə istifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlanıb

2HhvpBBv6HYhaK1pYI1LqY8QsOEZz5bjvNLgjRgY_1200

Bərdə rayonunun Güloğlular kəndində fəaliyyət göstərən, İmaməddin Məhərrəm oğlu Əliyevə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirilib.

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Bundan əlavə, sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.