“Xankəndi” klubunun baş məşqçinin vəzifəsi dəyişdirildi.

lsScGC3imPG4V3g4RHEX3YWP3mdvM7vlDNBYjm93_1200

Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan II Liqasında çıxış edən “Xankəndi” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.

Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

O, “Xankəndi” Futbol Akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.

Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Komandanın yeni baş məşqçisinin yaxın günlərdə bəlli olacağı vurğulanıb.