Ağsuda yerləşən “Çinaraltı” restoranında nöqsanlar aşkarlanıb

aCX5JMqBScNVRE5gELBEJvfAbD7nwgjW0u2401lz_1200

Ağsu şəhəri, X.Natəvan küçəsində yerləşən, fiziki şəxs Binyət Mehman oğlu Binyətliyə məxsus “Çinaraltı” restoranında yoxlama keçirilib.

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.

Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.