Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.
Olkemedia “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdışı təmin edilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları sakinlərə bərpa olunmuş mənzillərin açarlarını təqdim ediblər.