Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərləndi

download

Dekabrın 26-da saat 08:40-da iki nəfər (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.