FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi

f0821dfe7f1db5cb470dcd3dfef00e0b_0ebc75c4bd52ddaf34c54d034fb5d2f9_462b0fb00cb2401d9b2dbb6a44a0b149_1

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.

Olkemedia “Qafqazinfo”ya istinadən bildirir ki, nazirliyin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun işdən kənar vaxtı səhhəti qəfil pisləşib.

O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.

FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi

Fövqəladə Hallar Nazirliyi (FHN)