Yurduna dönən 82 yaşlı Ağdam sakini: “Çox sevinirəm, bu günü yaşamaq xəyal kimi gəlir”

8UsppZ3snZkr3uJrRnluHKyVEXafier4D87haqNf_1200

“Çox sevinirəm, bu günü yaşamaq xəyal kimi gəlir. Allah Prezidentimizin canını sağ eləsin, sevincimizin həddi-hüdudu yoxdur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Ağdam şəhərinə köç edən Xanım Əmir qızı Abbasova deyib.

O bildirib ki, 82 yaşında doğma torpağına qayıdır:

“Bu günü bizə yaşadan hər bir kəsə təşəkkür edirəm. Doğma yurd həsrətinə son qoydular”.