Sabah bu ərazilərdə qaz olmayacaq

d7be03b2c5650f59eb670c09207c2ce6_qaz2 (3)

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

Ölkəmedia xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, 19.12.2025-ci il tarixdə saat 10:00-dan etibarən Sabunçu, Xətai, Binəqədi və Nərimanov rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.