DİN: Axtarışda olan 260 nəfər saxlanılıb

XxLnLUbf4L1BfOXHfxhssLvdKDGELkrml4DxU1Py_600


DİN-in Mətbuat Xidmətindən Olkemedia-ya verilən məlumata görə,

  • Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 260, o cümlədən borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.