Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

HyBaigHcJKnIedZt8isnyBSkWnLRN7wZHgdTkFI7_1200

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 12, 13 və 14 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Olkemedia xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Qeyd edilib ki, sərnişinlər eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.