Doğum evinin baş həkimi İŞDƏN ÇIXARILDI

9kSjn5nqTbSGoufPu77zuD0rcuA0pjTF9hBwNV6U_1200

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan Suraxanı Doğum Evinin baş həkimi vəzifəsindən azad edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağciyər Xəstəlikləri Mərkəzindən bildirilib.

“07.10.2025-ci il tarixində Zalxa İsmayıl qızı Osmanova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilib”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı Unikal.az saytı yayıb.