“QAZel” “Khazar” ilə toqquşub: Dörd nəfər xəsarət alıb

gI3pJPbsPp8NmK3o01elaROVtkSYoolySOUx3bAr_1200

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Olkemedia APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “QAZel” markalı nəqliyyat vasitəsi “Khazar” markalı minik maşını ilə toqquşub. Nəticədə dörd nəfər xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yol-nəqliyyat hadisəsi