Yanğında həlak olan Könül Vəlibəylinin qızının son vəziyyəti açıqlandı

4RcsA3yaHi0BwAmuGYe0ELSKrRMGJDEf11eTS0ea_1200

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son vəziyyəti açıqlanıb.

Olkemedia xəbər verir ki, bu barədə jurnalist Xəyalə Rəis məlumat yayıb:

“Ləmanı Yeni Klinikaya gətirdiyimiz zaman onun ürəyi bir neçə dəfə dayanmışdı və yaşamaq şansı çox az idi. Amma çox şükür ki, gözlədiyimiz möcüzə baş verdi – Ləman ayıldı. Hazırda vəziyyəti yaxşılaşır: danışır, qidalanır və özünü daha yaxşı hiss edir”.

Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.