Azərbaycan alpinisti Antarktidanın ən yüksək zirvəsində

H3sPk7qqoy06QQWupEKhUQH0JHbEC9rATVF9vJck_1200

Azərbaycan alpinisti Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağını (4 892 metr) fəth edib.

Olkemedia xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Vinson dağı “Yeddi zirvə” layihəsinə daxildir. Bu layihəyə qatılan alpinistlər sıra ilə Cənubi Amerikada Akonkaqua (6961 metr), Şimali Amerikada Mak-Kinli (6190), Avstraliyada Kostyuşko (2228), Antarktidada Vinson (4892), Afrikada Kilimancaro (5895), Avropada isə Elbrus (5642) və Nepalda Everest (8848) zirvələrini fəth edirlər.