Tovuzda avtomobil su kanalına düşüb

cYVoJOepASLmSGVm9UWGaPbwSfjJlp42Eb0IWZOd_1200

Tovuzda avtomobil su kanalına düşüb.

Olkemedia xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı su kanalına düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.