Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı.

mDQNjLCtnyIFTDRG2b2TNbTSILVhORlUupAIWcGp_1200

Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Nağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü N.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya gətirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.