Türkiyə HHQ-yə məxsus təyyarənin qəzaya uğradığı ərazi mühafizəyə götürülüb

87IfJ8pXTbFvJjgFnuVuu3clHuWKQpGxdkKPzpM3_825

Gürcüstanın Sığnaxi bələdiyyəsi ərazisində Azərbaycan sərhədindən 5 kmlik məsafədə Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı yer tam mühafizəyə götürülüb.

Olkemedia Report-a istinadən xəbər verir ki, hazırda hadisə yerinə yalnız Gürcüstan Daxili İşlər Nazirliyinin və xilasedici xidmətlərin əməkdaşları buraxılır.

Kənar şəxslərin, o cümlədən jurnalistlərin əraziyə daxil olmasına icazə verilmir.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.