Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazanıblar

9LFLEP2AkUPzYlsQIADacri8viEFAxFgoKFq5e4e_1200

Azərbaycan karateçiləri 17-19 oktyabr tarixlərində Parisdə keçirilən lisenziya turnirində dünya çempionatına lisenziya qazanıblar.

Olkemedia Oxu.Az -a istinadən xəbər verir ki, Azərbaycanı ali yarışda Roman Heydərov (kata), İrina Zaretska (-68 kq – top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edəcəklər.

Dünya çempionatı 27-30 noyabr tarixlərində Misirin Qahirə şəhərində keçiriləcək.

Karate

Azərbaycan Karate Federasiyası (AKF)