Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi

k761sJ5BTW6yWFGsEV3k2g8UDvceZQtNVJFKNzXV_1200

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) yeni rektor əvəzi təyin edilib.

Olkemedia “Qaynarinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrlə akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Böyükağa oğlu Sadıqov vəzifəsindən azad olunub.

Bu vəzifəyə Eldar Qocayev təyin edilib. Eyni zamanda, Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinin icrası da Eldar Qocayevə tapşırılıb.

Qeyd edək ki, Eldar Qocayev bundan əvvəl Elm və Təhsil Nazirliyinin “Sabah” qrupları İcra Komitəsinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildikdən sonra onun yerinə rektor əvəzi kimi ləğv edilmiş Dövlət Dəniz Administrasiyasının keçmiş rəhbəri Qüdrət Qurbanov təyin olunmuşdu.

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA)

Yeni təyinat