Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

7B004EAF7o4lijsmmhb7bKWV5EDkcVDJqyQuNoQu_1200

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.

Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

“Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

Azərbaycan Müdafiə Nazirliyi

Hərbi təlimlər

Özbəkistan