Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

tAgjpyIpVz3mfNeTy2beBcc5qZvjIJjtvORVAC8m_1200

Sabah Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

Olkemedia xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

Belə ki, 35/10 kilovoltluq “Sədərək” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Sədərək” hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Elektrik təchizatında fasilələr

Sədərək rayonu

Azərişıq ASC