Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat etdi

BJFX3lOq6Oy7xTWOlYsvD5iB2AkqvVrsUvEXJA1p_1200

Oktyabrın 3-ü, saat 17:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə əlaqədar müraciət daxil olub.

Olkemedia xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verib.

Bildirilib ki, müraciətlə əlaqədar çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb”.