Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kubokunda Azərbaycan idmançısı Ruslan Lunev uğurlu çıxış edib.
Olkemedia Oxu.az-a istinadən xəbər verir ki, Lunev 25 metr məsafəyə atəş üzrə yarışda birinci yeri tutub.
O, ardıcıl və dəqiq atışlarla 574 xalla (14x) bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.
