27 Sentyabr – Anım Günü ilə bağlı Şuşada Şəhidlər xiyabanı ziyarət edilib
27 Sentyabr – Anım Günü Şuşada da baş tutub.
Olkemedia xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun iştirakı ilə anım mərasimi keçirilib.
İlk olaraq Bayraq meydanında bir dəqiqəlik sükut olub. Daha sonra sakinlər və rəsmilər Şəhidlər xiyabanını ziyarət ediblər, şəhid məzarına güllər qoyulub, dualar oxunub.



