Narkokuryer 13 kiloqram marixuana ilə ələ keçdi

q1MjFNz9TLA0eR8WgeQ3F6q5bP0KdLKaRskM6iRk_1200

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Olkemedia-ya verilən məlumata görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi

Daxili İşlər Nazirliyi (DİN)

Lənkəran Şəhər Rayon Polis Şöbəsi