Azərbaycanda nəqliyyatın texniki baxışdan keçməsi ilə bağlı yenilik

dtXJBq5zpONoi6c5KMHxguXcStwJTh9K7G9hwEya_1200

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”yə dəyişiklik edib.

Olkemedia Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin talonun təqdim edilməsinə bərabər tutulacaq.

Avtomobillərə texniki baxış

Əli Əsədov

Nazirlər Kabineti