Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

2jRsepXRQjp170WET8BFQs7599z6RNl5FVamlZ7o_1200

Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Olkemedia xəbər verir ki, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10 000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T.Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır