Bibiheybətdə istirahət mərkəzində yanğın olub

p50G3IQPo8KcCEVeTjD8LDSRQjujOHmUR4n0zq8L_1200

Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzində yanğın hadisəsi baş verib.

Olkemedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 kvadratmetr olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın hadisəsi

Səbail rayonu

Fövqəladə Hallar Nazirliyi (FHN)