İpoteka prosesində kömək edəcəyi vədi ilə vətəndaşları aldadan şəxs saxlanılıb

TucPoZDRLyDkmmTS5g0cXuJ4SXnokuHEISfgZQyt_1200

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 40-a yaxın şəxsi aldadaraq ümumilikdə 35 000 manat vəsaiti ələ keçirən Naxçıvan şəhər sakini, 37 yaşlı Mürsəl Nuriyev saxlanılıb.

Olkemedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun sosial şəbəkələrdə ev alqı-satqısı adı ilə səhifələr yaratdığı və mənzil almaq üçün ipoteka prosesində kömək edəcəyi vədi ilə vətəndaşları aldatdığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

M.Nuriyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Dələduzluq cinayəti

Daxili İşlər Nazirliyi (DİN)

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Naxçıvan Muxtar Respublikası

Cinayət işi