Avtomobil piyadanı vurub, yolda sıxlıq yaranıb
Sabunçu rayonu, Yavər Əliyev küçəsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olkemedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Bildirilib ki, xəsarətlə nəticələn qəza səbəbindən Bakıxanov qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb, polis əməkdaşları tərəfindən yolda zəruri tədbirlər görülür.