Tiktoker “Miray” həbs edildi

WMHU4T6v873U3gEgcndeTu48DlwfAzhCBhGlx5A9_1200

“Miray” kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.

Olkemedia “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

“Miray” polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi

Tiktoker

Sumqayıt Şəhər Məhkəməsi